Sənaye Məhsulları və Metal İstehsalı
Haqqında
Qısa məlumat
“EL METAL PLUS” QSC polad istehsalı zavodunda metal qırıntılarından polad istehsal edilərək yarımfabrikatlar (pəstahlar) və tikinti armaturu istehsal olunur.
“EL METAL PLUS” QSC polad istehsalı zavodu polad əritmə sexi, çeşidli yayma armatur sexi, mexaniki təmir sexi, metal qırıntılarının emalı sahəsi və müasir yarımstansiya sahələrindən ibarətdir. Zavodun istehsal gücü ayda 7000-10000 ton, illik 84000–120000 ton təşkil edir.
Xidmətlər / Üstünlüklər
- Polad əritmə
- Çeşidli yayma armatur
- Mexaniki təmir
- Metal qırıntılarının emalı
Fəaliyyət sahəsi
Fəaliyyəti dövründə istehsal proseslərinin və məhsul keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir texnika və avadanlıqların tətbiqi şirkətin əsas prioritetlərindən olmuşdur.
“EL METAL PLUS” QSC Türkiyə, Gürcüstan, Ukrayna, İtaliya, Rusiya, Latviya, Litva, Estoniya və bir sıra Avropa ölkələrindən olan şirkətlərlə sıx əməkdaşlıq edir. Bir sıra aparıcı yerli şirkətlər zavodun daimi müştərilərindəndir.
Sertifikatlar
İstehsalat prosesi
- Şirkətin əsas məhsulu DÜİST 34028-2016 standartına uyğun A500сmarkalı Armatur və EN 10080-2005 standartına uyğun B500сmarkalı Armatur istehsalıdır. Armaturun ölçüləri - = F10, 12, 14, 16, 18, 20, 22, 25, 28 və 32 mm, L=12m.
- “EL METAL PLUS” QSC-də polad əritmə sexində Türkiyənin “5M” şirkətinə məxsus 15 tonluq induksion ocaqları, fasiləsiz pəstah tökmə sahəsində Türkiyənin “AS Metal Makina” şirkətinin ikiyollu CCM avadanlığı, çeşidli inşaat armaturu yayma sahəsində isə Türkiyənin “Ekoterm” şirkətinə məxsus avadanlıqlar quraşdırılmışdır.
- Türkiyə və Avropanın ən yüksək avadanlıqları ilə təchiz edilmiş zavodda istehsal polad əritmə induksiya sobalarında başlanır. İkiyollu CCM fasiləsiz tökmə maşınında 130x130mm ölçüdə DÜİST 380-2005 markalı Cт 1-6 polad istehsal olunur. Dəmir beton konstruksiyaları üçün termiki emal olunmuş (A500c markalı və B500c markalı) polad armatur əsas məhsul olaraq dövlət sertifikatlarına və EN 10080-2005 TÜV Austria sertifikatına malikdir.
Əlaqə məlumatları
Ünvan
Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, AZ1080